Şrift:
“Azərbaycanın güclü, rəqabətədavamlı enerji sektoruna dəstək verməyə davam edəcəyik”
19.10.2011 [11:19] - Gündəm
“ABŞ Azərbaycanın güclü, rəqabətədavamlı enerji sektoruna və enerji ixracı marşrutlarının diversifikasiyasına dəstək verməyə davam edəcək”.

Bunu jurnalistlərə açıqlamasında ABŞ dövlət katibinin müavini Uilyam Berns deyib. U. Berns bildirib ki, bu, həm Azərbaycanın, həm də qlobal iqtisadiyyatın marağındadır.

Ölkədə insan haqları və demokratiyanın vəziyyətinə toxunan N. Berns bu məsələlərlə bağlı narahatlıqlarını ifadə etməyə davam etdiklərini söyləyib: “Qanunun aliliyinin, insan haqlarının qorunmasının gücləndirilməsi və güclü demokratik institutların qurulması yönündə işin davam etdirilməsi Azərbaycanın öz marağındadır. Şübhəsiz ki, bu məsələlərlə əlaqədar hələ çox iş görülməlidir və ABŞ əvvəl olduğu kimi, demokratik və iqtisadi islahatlara dəstək verməyə davam edəcək”.
Bu xəbər oxucular tərəfindən 1163 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed