Şrift:
"Artıq" sözünün antonimi necə yazılır?
17.01.2018 [09:34] - Gündəm, DAVAMın yazıları
Bu günlərdə stomatologiyaya aid maraqlı bir yazı oxuyurdum.Birdən yazıdakı sözlərin birinin yazılışından şübhələndim.Həm orfoqrafiya, həm bir neçə tərcümə lüğətinə baxdım.

Şübhələrim nahaq deyilmiş.

Sultan Məcid Qəniyevin 1922-ci ildə Azpoliqraf tresti nəşriyyatının Birinci Hökümət Mətbəəsində çap edilmiş Rusca-türkcə lüğətininə müraciət etdim.

Yeri gəlmişkən qeyd edim ki, bu lüğət görkəmli rus lüğətçisi Vladimir Dalın izahlı lüğəti əsasında tərtib edilmişdir.Mötəbər nəşrdir.

Burada digər lüğətlərdən fərqli olaraq, söz əvvəlcə rus dilinə rus əlfbası ilə yazılmış, sonra isə həmin sözün ərəb və latın qrafikası ilə Azərbaycan dilinə tərcümsi verilmişdir.

Məsələn,



Меньший, меншой, менее - az (ərəb əlifbası ilə), az( latın qrafikası ilə), kiçik (ərəb əlifbası il),

əskik (ərəb qrafikası ilə). (səhifə 220)


Hər bir idarədə mütləq orfoqrafiya lüğəti olmalıdır.Bir sözün səhv,yaxud düzgün yazılıb -yazılmamasına şübhəniz varsa, orfoqrafiya lüğətinə baxın.

Mütləq baxın.

Məsələn,

"yarımçıq",
"bütöv olmayan",
"natamam",
"çatışmayan"

mənasını verən söz "əs+kik "yazılmalıdır.

"Əskik" sözü "artıq" sözünün antonimidir.

Orfoqrafiya lüğətində "əskik" sözündən sonra


"artıq - əskik" mürəkkəb sözünün də düzgün yazılışı verilmişdir.


Söz orfoqrafiya lüğətlərində Hökumətin təsdiq etdiyi ORFOQRAFİYA QAYDALARI əsasında yazılmalıdır.Təəssüf ki,cari orfoqrafiya qaydaları cəmi 36 maddədən ibarətdir.Bir çox sözlərin yazılışını bu maddələrlə ortalığa çıxarmaq olmur.Məsələn , biz hələ fəxri adların düzgün yazılışını tapmaqda çəətinlik çəkirik.

Görəsən,fıəxri adların birinci hərfi necə yazılmalıdır? Böyük,yoxsa kiçik hərflə?

Ali məktəblərdəki fakültələrin adını böyük hərflə yazmq QAYDALARIN hansı maddəsinə əsaslandığı da hələ yazısını düzgün yazmaq istəyənlərə qaranlıq qalır. Alınma sözlərin yazılışında da vahid prinsip,müvafiq mddə ,demək olar ki,yoxdur. Buradakı ən çox narahatlıq doğuran Avropa alınmaları ilə əlaqədrdır.Bəziləri Avropa dillərindən rus dili vasitəsilə dilimizə keçən "H" hərfi ilə başlayan bütün sözlərin elə "H" hərfi ilə yazılmasının vacibliyini lazım bilirlər.Bu,doğrudanmı belə olmalıdır ?

Qaydalarda bu yazılışa aid maddə yoxdur.Ona görə də israr da yoxdur.

Son vaxtlarda dilimizə türk dilindən HOLODOMOR adlı bir söz daxil olub.Bu, süni şəkildə aclıqdan oldürülmə həddinə çatdırmaq kimi izah edilir.Bu sözün rus dilindəki "голод "-"aclıq " mənasını verdiyi bildirilir.

Araşdırma aparmadan bu sözü rus dilindəki xolod (soyuq) kimi də izah etmək olar.Son illərdə dilimizə Avropa dillərindən daxil olan təhsil terminlərinin çoxu Moskva reysləri ilə gəlmir.Bu terminlərin Bakıya gəlişi Finlandiya-Bakı, Hollandiya -Bakı, Böyük Britaniya reysləri ilə həyata keçirilir.2003-cü ildə indi KURİKULUM yazdığımız tədbirlə əladədar Bakıda bir sıra tədbirlər keşirildi.Bu tədbirlərinəsas sözü o vaxtlar kurrikulum idi.Bu ad ilə Təhsil nazirliyinin mətbu orqanı da yaradıldı.Aradan 3-4 il keçəndn onra məlum oldu ki, bu sözdə eynicinsli bir hərf var imiş.Başqa sözlə,bu sözün KURİKULUM yazılışı düzgün sayıldı,jurnalın adı da dəyişildi.

Kampus sözü də dilimizə son vaxtlarda daxil olan təhsillə ilgili alınmalardan biridir.

Kampus — müvafiq maddi-teхniki bazaya və infrastruktura malik təhsil kоmpleksi və ya şəhərciyi mənasını verir.
Görəsən, bu sözün düzgün yazılışında geriyədönmə olmayacaq ki?
Orfoqrafiya qaydalarında ərəb və fars dillərindən alınma sözlərə aid müəyyən maddələr də olmalıdır.Qaydalarda

tale, taleh, nikah, nigah

tipli sözlər də MÜVAFİQ REDAKTƏ İLƏ öz maddəsini tapmalıdır.

Əsası rus və rus dili vasitəsilə Avropadan alınmış sözlərdən əmələ gələn feillərin yazılışında da müəyyən qaydalara əsalanan maddə olmalıdır.

Qaydalarda bir sıra şəkilçilərin, o cümlədən sıra sayı bildirn şəkilçilərə də yeni münasibər bildirilməlidir .



Kökü eyni olan sözlərin hamısı lüğətdə göstərilməlidir (görmək, görünmək, gördürmək, görülmüş və s.).



Biz orijinallıq naminə dilimizdə çox işlək olan sözləri

heç olmasa lüğətə daxil etməklə saxlamalıyıq.Bu tipli sözlərin müxtəlif lüğəvi mənaları var.



Burada bir məsələni də yada salaq.Qrammatika qaydaları dili müəyyən çərçivədə saxlayır,hərc-mərcliyin qarşısını alır.

Məsələn ,dilçi alimlərdən biri arzu şəklinin formalarından birini bu şəkildə ifadə edir.

Gərək bunu yazmazdım.

Dilçi demək istəyir ki,gərək bunu almayaydım. Qaydalarda belə yanaşmalara yol verilə bilməz.



Yeni tədris qaydaları adı ilə qrammatik qaydalardan qaçanlar ən gəzəl və ən məlahətli dilin İFAÇILARIYIQ.

Gəlin dilimizin nəğməsini pozmayaq.



Əvvəllər, 30-40 il bundan əvvəl gəlinin cehizlərinin üstündə-üst qatında bir kitab da olardı-EVDARLIQ. Yaxşı kitab hesab edilirdi.

Kitab satıcıları bu kitabı əl altından (Gərəsən bu sözü düzmü yazdım-N.N.) satardılar. Bu kitabı , adətən piştaxtanın görünməyən yeridə

gizlədirdilər.

Gəlin,ORFOQRAFİYA lüğətlərini elə şəkildə çap edək ki,başqasına hədiyyə aparanda oradakı səhvlərə görə xəcalət çəkməyək.

"Artıq" sözünün antonimi necə yazılır?

"Artıq" sözünün antonimi necə yazılır?



Belə xəcalətsiz kitabı da ancaq və ancaq mükəmməl QRFOQRAFİYA QAYDALARINA əsaslanaraq çap etmək olar.



Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən

ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,

Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdçüsü,

türkoloq.

17.01.2018.

P.S. Ən yaxşı müəllim adını dırnağa almayın.

Dırnaq işarəsinin müxtəlif qavrama məqamları var.
Bu xəbər oxucular tərəfindən 2037 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed