Şrift:
Roma papası Santyaqoya gəlib
17.01.2018 [10:54] - Siyasət
Roma papası Fransisk yanvarın 15-də axşam saatlarında Çilinin paytaxtı Santyaqoya gəlib. Yanvarın 16-dan etibarən onun Latın Amerikası turnesinin rəsmi hissəsi başlayır.

Çili prezidenti Mişel Baçelet Roma papasını təyyarənin önündə qarşılayıb. Fransisk bu gün Monçeda hökumət sarayında böyük nitq söyləyəcək. Sonra pantifikin başçılığı ilə Santyaqoda keçiriləcək ayində 500 minə yaxın insanın iştirak edəcəyi gözlənilir.

Çili paytaxtının küçələrində papanı minlərlə insan alqışlarla qarşılayıb. Buna baxmayaraq, onun səfəri mürəkkəb şəraitdə keçəcək. Papanın pedofil-keşişlər ətrafında qalmaqallar seriyasından sonra Roma-katolik kilsəsinin gözdən düşmüş nüfuzunu qaldırmağa nail olacağı məlum deyil. Son sorğunun nəticələri özünü inanclı katolik sayan Çili vətəndaşlarının sayının xeyli azaldığını göstərir.

Səfər proqramına torpaqları dövlət və özəl kompaniyalar tərəfindən qəsb olunduqdan sonra etirazlarını davam etdirən Mapuçi yerli hindu tayfası ilə görüş də daxildir.

Papa Çilidə qalacağı üç gün ərzində Temuko və İkike şəhərlərini ziyarət edəcək, sonra isə Peruya yollanacaq.
Bu xəbər oxucular tərəfindən 919 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed