Şrift:
Dövlət Baxçalı: "Dünya ermənilərin Qarabağ və Xocalıda nələr etdiyini görməlidir"
17.06.2012 [18:55] - Türk dünyası-Turan
Dünya Dağlıq Qarabağda və Xocalıda törədilən vəhşilikləri görməli və buna hüquqi qiymət verməlidir.

Davam.Az-ın Avropa mediasına istinadən verdiyi xəbərə görə, bu sözləri Tükriyə Milliyyətçi Hərəkat partiyasının başqanı Dövlət Baxçalı Belçikada keçirilən Türk dərnəkləri görüşündə bildirib.

"Ermənilər dünyaya bəyan edirlər ki, biz türklər onları soyqırıma məruz qoymuşuq. Əsl və gerçək tarix isə başqa şey deyir. XX əsrin əvvəllərində Anadolu və Azərbaycanda hansı qətliamlar törətdikləri dünya ictimaiyyətinin yadından çıxmamalıdır. O zaman yüz minlələrlə dinc insanımızı vəhşicəsinə qətlə yetirdikləri unudulmamalıdır.

Təkcə, Qarabağ və Xocalıda körpələri amansızlıqla öldürmələri insanların yaddaşından getməyib. Ana bətnində uşaqları öldürmək bəşər tarixinin acı səhifələrindən biridir”,-deyə partiya başqanı qeyd edib.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1172 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed