Şrift:
IMF 2018-ci il qlobal iqtisadi artım proqnozunu yüksəldib
23.01.2018 [10:34] - İqtisadiyyat
Beynəlxalq Valyuta Fondu (IMF) 2018-ci il üçün qlobal iqtisadi artım tempinin əvvəlki proqnozunu 3,7%-dən 3,9%-ə yüksəldib.
Bu barədə IMF-in "World Economic Outlook 2018" iqtisadi icmal hesabatında bildirilir.
Qeyd edək ki, bu, son 7 ilin ən sürətli iqtisadi artım tempi olacaq.
Hesabatda həmçinin ABŞ iqtisadiyyatının 2018-ci ildə 2,7%, avrozona iqtisadiyyatının isə 2,2% artacağı ehtimal edilib. Xatırladaq ki, əvvəlki hesabatda bu göstəricilər üzrə proqnozlar, müvafiq olaraq, 2,3% və 1,9% təşkil edib.
Bu xəbər oxucular tərəfindən 361 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed