Şrift:
Prezident İlham Əliyev Davosda OPEC-in baş katibi ilə görüşüb
24.01.2018 [10:16] - Gündəm, İqtisadiyyat
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşüb.

Məhəmməd Barkindo görüşdə dedi: “Biz Azərbaycanın OPEC və qeyri-OPEC ölkələrinin bir araya gətirilməsi və 2016-cı ilin dekabrında bununla bağlı tarixi qərarın qəbul edilməsində fəal liderlik rolunu yüksək qiymətləndiririk”.

Prezident İlham Əliyev, öz növbəsində, Məhəmməd Barkindonun OPEC-in baş katibi kimi fəaliyyətinin biznes ictimaiyyəti və ölkələrin gözləntilərinin reallaşmasında mühüm rol oynadığını vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın bundan sonra da OPEC ilə uğurlu əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edərək Məhəmməd Barkindonu ölkəmizə səfərə dəvət etdi. OPEC-in baş katibi dəvəti minnətdarlıqla qəbul etdi.
Bu xəbər oxucular tərəfindən 358 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed