Şrift:
Azərbaycan Gürcüstanın 4-cü əsas ticarət partnyorudur
24.01.2018 [10:46] - İqtisadiyyat
Azərbaycan 2017-ci ildə Gürcüstanın əsas ticarət partnyorları siyahısında 4-cü sırada qərarlaşıb.
Gürcüstanın əsas ticarət partnyoru məcmu xarici ticarət dövriyyəsində 14,8% xüsusi çəkiyə sahib olan Türkiyədir. İkinci sırada 11,2%-lə Rusiya, daha sonra 8,8%-lə Çin yer alır. Azərbaycan isə 8,2%-lə Gürcüstanın 4-cü ən iri ticarət partnyorudur.
Gürcüstanın ən çox ixrac etdiyi ölkələr arasında ilk sıranı Rusiya alıb. Bu ölkəyə ixrac 2017-ci ildə 91,2% artaraq 394,7 mln. dollar təşkil edib.
Ümumiyyətlə, Gürcüstan 2017-ci ildə 2,72 mlrd. dollarlıq ixrac həyata keçirib.
Bu xəbər oxucular tərəfindən 359 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed