Şrift:
Çində 4 uyğur türkünü edam gözləyir
16.09.2011 [11:41] - Gündəm
Çin məhkəməsi onları Sincan Uyğur Muxtar Vilayətində terrorizmlə məşğul olmaqda, bu ilin iyulunda (July) Xotan və Kaşqar şəhərlərində qətllər törətməkdə günahkar sayıb. Bu barədə Lent.az “mignews.com” saytına istinadən xəbər yayıb.
İki uyğur türkü isə 19 il azadlıqdan məhrum olunub.
Xatırladaq ki, bu il iyulun 18-də Xotan şəhərində bir neçə uyğur türkünün həbsi ciddi narazılıq yaradıb. Çin polisi isə Xotan Şəhər Polis İdarəsinin qarşısına toplaşaraq həbslərə etiraz edən uyğurlara atəş açıb. 4 nəfər ölüb, 4 nəfər də yaralanıb. Aksiyada iştirak edən bir neçə nəfər isə saxlanılıb. 30 və 31 iyul tarixlərində isə Kaşqar şəhərində iki partlayış baş verib, 13 nəfər ölüb, 44 nəfər yaralanıb.
Bu xəbər oxucular tərəfindən 1219 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed