Şrift:
Hollandiya parlamenti qondarma erməni soyqırımını tanıdı
23.02.2018 [10:35] - Xəbərlər, Siyasət
Hollandiya parlamentinin üst palatası 1915-ci il qondarma erməni soyqırımı ilə bağlı irəli sürülən qətnaməni qəbul edib. Qətnamənin lehinə türklərdən ibarət DENK partiyasından başqa parlamentdə təmsil olunan digər siyasi blok və partiyalar səs verib.

Qərara görə, bundan sonra Hollandiya hökuməti 1915-ci il olaylarını soyqırımı olaraq tanıyacaq. Həmçinin hər il aprelin 24-də qondarma soyqırımla bağlı İrəvanda keçirilən tədbirlərə də Hollandiyadan nümayəndə heyəti göndəriləcək.

Qeyd edək ki, bir həftə öncə Hollandiya parlamentinin alt palatası qondarma erməni soyqırımı ilə bağlı qətnaməni səs çoxluğu ilə qəbul etmişdi.
Bu xəbər oxucular tərəfindən 487 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed