Şrift:
Məmmədyarov dünya nəhənginə qalib gəlib, şərikli lider oldu
17.03.2018 [09:39] - Xəbərlər, İdman
Berlində şahmat tacına iddiaçıların turniri davam edir.

Yarışın V turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Vladimir Kramniklə üz-üzə gəlib.



Son 4 turda heç-heçə ilə kifayətlənən həmyerlimiz 2-ci pilləyə şəriki olan rusiyalıya qarşı ağ fiqurlarla oynayıb. Fabiano Karuananın bu turda Aleksandr Qrişukla heç-heçə etməsi Məmmədyarova liderliyə şərik olmaq imkanı yaradıb. Gecə saatlarına qədər davam edən görüş həmyerlimizin qələbəsi ilə nəticələnib. Bununla xallarının sayını 4-ə çatdıran Şəhriyar Karuana ilə birlikdə turnir cədvəlinə başçılıq edir.

Turnir cədvəli: Karuana, Məmmədyarov – 4 xal; Kramnik, Dinq, Qrişuk - 3; Aronyan, So – 2,5; Karyakin – 2
Bu xəbər oxucular tərəfindən 527 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed