Şrift:
Mey Kremlə böyük zərbə hazırlayır
29.03.2018 [10:16] - Siyasət
Britaniya Rusiyanın London fond birjasından suveren borc kağızları almasına qadağan qoya bilər.

Britaniya Baş naziri Tereza Meyin artıq bu təklifi nəzərdən keçirməyə razılaşdığı bildirilir. Meyə bu təklifi Xarici İşlər üzrə Komitənin sədri Tom Tugendhat irəli sürüb.

“Qardian”a açıqlama verən Tugendhat bunun Rusiyanın cəzalandırılması üçün önəmli olduğunu deyib:

“Hazırda Qərb sanksiyalarına rəğmən Rusiya Avropa Birliyi və ABŞ kapital bazarlarından borc götürə bilər. Bununla da sanksiyalar altında olan Kremlə bağlı bankları, energetika şirkətlərini dəstəkləyə bilər”.
Bu xəbər oxucular tərəfindən 433 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed