Şrift:
Avropa Birliyi İrandan neft idxalını tam dayandırıb
02.07.2012 [11:43] - Güney Azərbaycan xəbərləri
İran iyul ayının 1-dən etibarən neft ixrac edə bilməyəcəyi Avropa Birliyi (AB) ölkələrini əvəzləyəcək ptensial dövlətlərlə müzakirələrə başlayıb.

IRNA-ın məlumatına görə, bunu İranın neft naziri Rüstəm Qasımi bildirib.

Onun sözlərinə görə, AB-nin İrana qarşı sanksiya tətbiq etməsi Tehranın neft ixracına təsir göstərməyəcək: «İrana qarşı sanksiyalar yeni başlamayıb. Neft sənayesi bu sanksiyalardan mənfi təsir görməyəcək. Çünki sanksiyalara qarşı alternativlər var. Yəni, AB öluələrini əvəz edəcək yeni müştərilərimiz mövcuddur və onlarla müzakirələrimiz davam edir: «İran neftinin dünya bazarlarında satışı davam edir. Onsuz da biz AB-nin sanksiyaları qüvvəyə minmədən bu ölkələrə neft satışını dayandırmışdıq». R.Qasımi deyib ki, sanksiyalardan əvvəl İranın AB-yə neft ixracı cəmi 18% olub: «Bunun kompensasiyası da çox çətin deyil». Neft ixracının siyasiləşdirilməsinin əleyhinə olduqlarını dəfələrlə qarşı tərəfə söylədiklərini deyən nazir vurğulayıb ki, bundan daha çox zərəri neft idxal edən ölkələr və həmin dövlətlərin vətəndaşları, habelə ümumiyyətlə dünya neft bazarı çəkəcək.

Qeyd edək ki, iyulun 1-dən etibarən AB ölkələrinin xarici işlər nazirlərinin yanvarın 23-də İrandan neft idxalına qarşı sanksiya tətbiq olunması barədə qəbul etdiyi qərar tam qüvvəyə minib. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, İranın xam neft ixracı bu il 40% azalıb. İran ixracının təxminən 80%-ni təşkil edən neft satışından 2010-cu ildə gəlir 73 mlrd. dollar olub və bunun 14 mlrd. dolları AB ölkələrinin payı düşüb. AB üzvləri İrandan neft idxalı ilə bağlı yaranacaq boşluğu Səudiyyə Ərəbistanı başda olmaqla Körfəz ölkələri və Liviyanın hasilatı artırması ilə kompensasiya etmək niyyətindədir. İran isə gündəlik hasilat kvotasını (30 mln. barel) mayda 1,6 mln. barel artıran Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) fövqəladə toplantısını çağırıb.
Bu xəbər oxucular tərəfindən 1002 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed