Şrift:
Təbriz Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin kürd terrorizmi ilə bağlı daşınmaz əmlak agentliklərinə məktubu
06.06.2018 [11:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda kürd terrorizmi təhlükəsinə bəzi dövlət orqanları da reaksiya göstərir.

Sosial şəbəkələrdə yayılan bir məlumatda Təbriz Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin kürd terrorizmi ilə bağlı daşınmaz əmlak agentliklərinə məktub ünvanladığı məlum olub.

2014-ci ildə ünvanlanan məktubda bütün daşınmaz əmlak agetnliklərinə Azərbaycan şəhərlərində kürd terrorizmi təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi daşınmaz əmlak agentliklərinə təhlükəsizlik məsələlərinə riyaət etmələri, kürd terrorçuları və tərəfdarlarına ev və torpaq satmamalarını tapşırıb.

Bütün müşahidələr Güney Azərbaycanda kürd terrorizmi təhlükəsinin ciddi olduğunu göstərdiyi bir vaxtda, təəssüflə terror qruplaşmalarının göstərişi əsasında bəzi radikal kürdlərin Təbrizə üz tutduğu, orada iqtisadi obyektlər aldıqları barədə informasiya mövcuddur. Hətta həmin qüvvələr və gizli plandan xəbərsiz olan bəzi yerli şəxslər iş yerləri üçün quraşdırdıqları lövhələrdə “Təbriz” yerinə “Tavrij” sözündən istifadə edirlər. Halbuki, bu, Təbrizin tarix və kimliyini terrorçuların xeyirinə təhrif etmək deməkdir.
Artıq uzun illərdir ki, Qərbi Azərbaycan Əyaləti kürd terrorizmi ilə üz-üzə qalıb. Qərbi Azərbaycan torpaqlarına göz tikən terror qruplaşmaları bölgəni kürdləşdirmək üçün bütün vasitələr, o cümlədən terror aktlarından istifadə edirlər.
Təbriz Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin kürd terrorizmi ilə bağlı daşınmaz əmlak agentliklərinə məktubu
Bu xəbər oxucular tərəfindən 417 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed