Şrift:
Davud Turan: “İran mediasının Azərbaycanla bağlı dezinformasiyası fiaskoya uğrayacaq”
06.07.2012 [12:51] - Diaspor
Bu gün İran Azərbayacanı təxribata çəkməklə məşğuldur. Bu sözləri Amerikadan Güney Azərbaycan Sosial və Mədəniyyət Araşdırmalar Mərkəzinin sədri, politoloq Davud Turan İranda həbsdə olan iki şairlərimizlə İran mediasında gedən təxribatçı xəbərləri şərh edərkən bildirib.“İran müxtəlif yollarla Azərbaycanı təxribata çəkməyə çalışır. Şairlərin həbsində İran Azərbaycanın üzərinə yalandan şər atır və hesab edirəm ki, bu məsələlərin arxasında İran rejiminin öz oyunları durur.Hamımız yaxşı bilirik ki, İran Azərbaycanı müstəqil xarici siyasətini özünün yürütdüyü xarici siyasət çərçivəsində görür. Amma nəzərə almırlar ki, Azərbaycan müstəqil dövlətdir və heç bir dövlət onun daxili işinə qarışa bilməz.

Bu gün İran mediasının Azərbaycanla bağlı apardığı dezinformaya savaşı fiaskoya uğramağa məhkumdur”, - deyə politoloq qeyd edib.
Bu xəbər oxucular tərəfindən 1257 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed