Şrift:
Meksikada 50 ton narkotik maddə müsadirə edilib
18.08.2018 [10:27] - Gündəm, Hüquq
Meksikada “kristal” adlandırılan 50 ton narkotik maddə müsadirə edilib. Bu barədə “Excelsior” portalı məlumat yayıb.

RİA Novosti agentliyi xəbər verir ki, narkotik maddə Meksika Hərbi Dəniz Donanmasının döyüşçüləri tərəfindən Sinaloa ştatının Badiraquato bələdiyyəsində narkolaboratoriyada aşkarlanıb.

Hakimiyyət orqanlarının fikrincə, müsadirə edilmiş narkotik maddə “Sinaloa” kartelinin olub. Bu kartelə uzun müddət “El Çapo” ləqəbli Xuakin Quzman Loera başçılıq edib və Badiraquatoda yaşayıb. Həbs edilmiş Xuakin Quzman Loera ABŞ-a ekstradisiya edilib və məhkəməsini gözləyir.
Bu xəbər oxucular tərəfindən 622 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed