Şrift:
Yaponiyanın xarici işlər naziri Qafqaz ölkələrinə və Almaniyaya səfərə yola düşüb
03.09.2018 [09:31] - Gündəm, Siyasət
Sentyabrın 2-də Yaponiyanın xarici işlər naziri Taro Kono Qafqaz ölkələrinə və Almaniyaya 6 günlük səfərə yola düşüb.

NHK telekanalı xəbər verir ki, nazir səfərə Tokio yaxınlığındakı Narita aeroportundan yollanıb.

T.Kono son 19 ildə Yaponiyadan Azərbaycana səfər edən ikinci xarici işlər naziridir.

Səfər zamanı T.Kono Qafqaz ölkələri ilə əlaqələri gücləndirmək barədə müzakirələr aparmaq niyyətindədir. Səfərə yola düşməzdən əvvəl nazir deyib ki, Asiya ilə Avropa arasında yerləşən bu ölkələr mühüm geosiyasi mövqeyə malikdirlər.

Almaniyada isə T.Kono bu ölkənin Federal Kansleri Angela Merkellə görüşəcək. Nazir ümid edir ki, ABŞ ilə Çin arasında ticari qarşıdurmanın gücləndiyi bir vaxtda Almaniya Yaponiya ilə azad ticarətin saxlanması üçün əməkdaşlığı davam etdirəcək.



Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 398 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed