Şrift:
Divarlara azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən şüarlar yazılıb – Parsabadda
03.09.2018 [15:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Muğanın Parsabad şəhərində divarlara azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən şüarlar yazılıb.

Məlumata görə, şəhərin hərəkətli yerlərində, əsasən dövlət orqanlarının divarlarında milli-mədəni fəallar tərəfindən yazılmış çox sayda şüara rast gəlinir.

Fəallar hazırda İran rejiminin zindanlarında məhbus həyatı yaşayan milli-mədəni fəal Siyamək Mirzayi və İbrahim Nurinin azadlığını tələb ediblər.

Aşağıdakı görüntülər sentyabrın 1-də GünAz TV-yə göndərilib.

İ.Nuri Tehranın Evin zindanının 4-cü bölümündə qeyri-müəyyən vəziyyətdə saxlanılır. S.Mirzayi isə Evin zindanının 8-ci bölümündə 3 illik həbs cəzasını çəkməkdədir.
Bu xəbər oxucular tərəfindən 394 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed