Şrift:
Baş infeksionist: Son günlər yayılan xəstəlik qrip virusu deyil
04.10.2018 [10:21] - Gündəm, Sağlıq
Son günlər ölkəmizdə burun axması, boğaz ağrısı, halsızlıq və hərarətin yüksəlməsi ilə müşayiət olunan virus epidemiyası yayılıb. Mütəxəssislərin rəyinə görə xəstəlik qripə bənzəsə də, qrip virusu deyil.
Respublikanın baş infeksionisti Cəlal İsayev həmin virusun yayılmasının havanın dəyişkənliyi ilə bağlı olduğunu deyib: “Qrip virusları zamanı xəstəlik adətən daha ağır keçir, ilk günlər intoksikasiya əlamətləri olur, sonradan zökəm əlamətləri də qoşulur. Bu xəstəlikdə isə zökəmlə intoksikasiya əlamətləri eyni vaxtda başlayır və ağırlığı ilə nəzərə çarpmır”.

Həkim-infeksionistin verdiyi məlumata görə, virusla əlaqədar hələlik müalicə müəssisələrinə müraciət edən olmayıb. Xəstəlik yüngül keçdiyi üçün virusa yoluxanlar ev şəraitində müalicə olunaraq 2-3 günə sağalırlar. O, bu cür infeksiyalara yoluxmamaq üçün güclü immunitetə malik olmağın vacibliyini bildirib: “Bu isə daha çox qidalanmadan asılıdır. Orqanizmə daxil olan hər virus xəstəlik törətmir və burada hər kəsin fərdi xüsusiyyəti əsas rol oynayır. Daha çox zəif immunitetə malik olanlar belə viruslar zamanı daha tez xəstəliyə yoluxurlar”.
Bu xəbər oxucular tərəfindən 638 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed