Şrift:
İnterpolun prezidenti istefa verib
08.10.2018 [10:59] - Gündəm, Sosial
Beynəlxalq Polis Təşkilatı - İnterpolun prezidenti Men Hunvey oktyabrın 7-də istefa verib.

Bu barədə qurumun Liondakı Baş Katibliyinin bəyanatında bildirilib.

Bəyanatda vurğulanır ki, qaydalara uyğun olaraq təşkilatın yeni rəhbəri birinci vitse-prezident Kim Çon Yan olacaq.

Yeni prezidentin seçkiləri noyabrın 18-dən 21-dək Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək qurumun Baş Assambleyasının sessiyası çərçivəsində baş tutacaq.
Bu xəbər oxucular tərəfindən 438 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed