Şrift:
Yaşmaqlı kişilərin Fərəc Quliyevə qarşı saxta xəbərləri ifşa olundu
11.10.2018 [14:00] - Xəbərlər, MDH, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının açıqlaması

Azərbaycanın müstəqilliyindən sonra qarşılaşdığı iki ciddi problemin biri Qarabağ problemi, digəri isə milli-demokratik düşüncəyə qarşı xarici təhdid və təxribatlardan ibarətdir. Azərbaycanda marağı olan xarici qüvvələrin milli demokratik qüvvələrə qarşı istifadə etdiyi vasitələrdən biri də ölkəmizdə onlara nökərlik edənlərdir. Bu nökərlərin isə bacardığı əsasən şər-böhtan və qarayaxmadır. Nə vaxt və harda milli maraqlara söykənən, xüsusən birliyi və türkçülüyü sərgiləyən mövqe müşahidə edirlərsə, həmin mövqeyə və həmin insanlara qarşı kompaniyaya başlayırlar. Biz Milli Dirçəliş Hərəkatı Partiyası olaraq bunu bütün fəaliyyətimizdə müşahidə edirik.
Bu cür davranışlardan biri də partiya sədri millət vəkili Fərəc Quliyevin fəxri prezidenti olduğu “Bozqurd Fight Club” idman klubuna qarşı aparılır. Bir çox uğurlara imza atmış tanınmış idmançıların cəmləşdiyi bu klub Türkün azadlıq rəmzi olan BOZQURD fəlsəfəsinə söykənərək gənclərin sağlam və vətənpərvər ruhda yetişməsi, türk millətinə məxsus döyüş sənətinin sistemləşdirilməsi və yayılması istiqamətində işlər aparır, eyni zamanda beynəlxalq yarışlarda və yüksək səviyyəli turnerlərdə yaxşı nəticələr əldə etmiş, lakin diqqət və qayğıdan kənarda qalmış istedadlı və bacarıqlı idmançı gənclərin perspektiv əldə edə bilməsinə çalışır. Klub Şəhid övladlarına və Qarabağ müharibəsi veteranlarının övladlarına xüsusi dəstək verir, Türk xalqlarını birliyə çağıran idman tədbirləri təşkil edir.
Klubun bu prinsiplərə uyğun fəaliyyətindən rahatsız olanlar öz mövqelərini açıq ifadə edə bilmədikləri üçün, saxta xəbərlər hazırlayıb, saxta saytlarda yerləşdirməklə qarayaxmaya əl atıblar. Belə ki, “unikal.org” saytının xanım jurnalisti Aygün İlqarqızının qələminin arxasında gizlənən yaşmaqlı “kişilər” Fərəc Quliyevin fəxri prezidenti olduğu “Bozqurd Fight Club” idman klubunun “ölkəyə saxta çempionlar gətirməsi” ilə bağlı heç bir əsas olmadan xəbər yayıblar.
Belə ki, ötən il Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “Free Fighting” qaydasız döyüş növü üzrə dünya kubokundan “Bozqurd Fight Club” idman klubunun 5 medal qazanması ilə bağlı yayılmış xəbərin yalan olduğunu iddia edən yaşmaqlı “kişilər” ümumiyyətlə belə bir yarışın olmadığı barədə məlumat əldə etdiklərini yazıblar. İdmandan anlayışı olmayan bu qəhrəman araşdırmaçılar dünya kuboku ilə dünya çempionatını səhv saldıqlarından şər-böhtan üçün əllərinə fürsət düşdüyünə seviniblər. Onların əldə etdiyi məlumata görə ötən il Tbilisi şəhərində “Free Fighting” qaydasız döyüş növü üzrə dünya çempionatı olmayıb. Lakin, münasibət öyrəndikləri Azərbaycan Free Fighting Federasiyasının və eyni adlı idman klibunun prezidenti Sahib Yunusov verilmiş sualı cavablandırarkən dünya çempionatı yox, dünya kuboku keçirildiyini və “Bozqurd Fight Club”-un həmin kubokdan 5 medalla vətənə döndüyünü bildirib.
Qeyd edək ki, Sahib Yunusov da əsassız məlumat yaydığı üçün “unikal.org” saytının rəhbərliyindən təkzib verməyi tələb edib və bir daha təsdiq edib ki, “Bozqurd Fight Club” ötən il Tbilisi şəhərində keçirilən “Free Fighting” qaydasız döyüş növü üzrə dünya kubokunda 5 medal qazanıb. Belə ki, yarışlarda klubun 4 idmançısı- Kərimov Rəşid, Əliyev Yusif, Qafarzadə Hüseyin, İsmayılov Azad qızıl medal qazanaraq birinciliyi, Əliyev Murad isə gümüş medalla ikinciliyi qazanıb.
Biz də Milli Dirçəliş Hərəkatı Partiyası olaraq xəbəri yayan saytdan yaydığı əsassız xəbərə görə təkzib verməyi tələb etməklə yanaşı bildiririk ki, təkcə idman sahəsində deyil bütün istiqamətlərdəki fəaliyyətimizdə biz milli birlik və türkçülük mövqeyi sərgiləyirik və davamlı olaraq irili-xırdalı layihələr həyata keçiririk. MDHP yeganə partiyadır ki, tərkibində Türk Dünyası Departamenti fəaliyyət göstərir. Türk dünyasının birliyi və türkçülük MDHP-nin əsas ideologi hədəflərindən biridir.
Nə qədər təziqlərin və qarayaxmaların olmasına baxmayaraq, bu istiqamətdəki fəaliyyətimiz uğurla davam etdirməkdəyik.

MDHP Mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 1460 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed