Şrift:
Fərəc QULİYEV: Azərbaycan haqqında yüksək fikir səsləndikcə, bundan qürur duyurdum
29.10.2018 [14:47] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycan VI Bakı Beynəlxalq Humanitar Forumunu yüksək səviyyədə başa vurmaql/a daha bir uğura imza atdı. Son illər ölkəmizdə keçirilən humanitar forumlar bir daha təsdiqləyir ki, dünya xalqları arasında dialoqun təşviqi və inkişafında respublikamız mühüm rol oynamaqdadır. Ölkəmizin həm İslam, həm də Qərb ölkələri ilə səmimi dostluq və əməkdaşlıq münasibətləri vardır.
Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq istiqamətində keçirilmiş beynəlxalq tədbirlərin coğrafiyasına nəzər salsaq, görərik ki, bu sahədə təşəbbüslərin çox böyük əksəriyyəti artıq beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfdən gəlmişdir.

Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə söhbətimiz bu barədə oldu. Deputat dedi ki, forumun açılış mərasimində baş verənlər bu mötəbər tədbir haqqında tam təəssürat formalaşdırdı. Beynəlxalq təşkilatların nümayəndələrinin hər biri Azərbaycan haqqında yüksək fikir səsləndirdikcə , mən bundan qürur duyurdum: “ Çıxış edən qonaqlar Azərbaycanı beynəlxalq aləmin siyasi mərkəzi kimi təqdim edirdilər. Qeyd olundu ki, paytaxt Bakı artıq siyasi mərkəz rolunu oynayır. Ən ciddi və əhəmiyyətli forumlar məhz Bakıda – Azərbaycanda keçirilir. Biz əvvəllər bu missiyanı daşıyan inkişaf etmiş xarici ölkələrə həsədlə baxardıq. İndi sə Azərbaycana həsədlə baxırlar. Bu etimadı qazanmaq, deyərdim ki, tarixi hadisədir.
Ölkə Prezidentinin çox parlaq və əhatəli çıxışını, çağırışlarını xüsusi qeyd etmək istərdim. Dövlətimizin baçşısı Azərbaycan modelini tətbiq etməklə. sivilizasiyalar, dinlərarası münasibətləri dünyada yüksək səviyyəyə gətirmək imkanlarından, yollarından söhbət açdı, fikirlərini ortaya qoydu”.
Dünyanın 90-a yaxın ölkəsinin, çoxlu sayda beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdikləri forumun məhz Azərbaycanda keçirilməsi böyük şərəfdir. Heç bir dövlətdə belə bir zəngin tərkibdə ciddi məslələrin müzakirələri keçirilməyib: “UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESCO kimi nüfuzlu qurumların dəstəklədikləri forum dünyada bu istiqamətdə reallaşdırılan ilk mötəbər tədbir olmuşdur. Belə tədbirlər ölkəmizin həm təhlükəsizliyi, həm mədəniyyətlərarası dialoqun, sülhün, əməkdaşlığın təşviqində, irqi və dini dözümsüzlük hallarının aradan qaldırılmasında, digər məsələlərin müzakirəsində qlobal brend statusu qazanmaqdadır. Azərbaycanın belə bir möhtəşəm tədbirə uğurla evsahibliyi etməsi və forumun müvəffəqiyyətlə başa çatması düzgün müəyyənləşdirilmiş siyasi kursun məntiqi nəticəsidr. Bu, həm də Azərbaycan xalqının tolerant mədəniyyətini, tarixi ənənələrini beynəlxalq aləmə tanıtmaq yolunda böyük əhəmiyyət kəsb edir. Bu tədbirdə iştirak edən xarici nümayəndələrin , demək olar ki, əksəriyyətini tanıyıram. Ona görə də qəti olaraq bildirirəm ki, belə ciddi siyasi xadimlərin də iştirak etdiyi forum Azərbaycan həqiqətlərinin dünyaya çatdırması, yeni dostlar qazanılması, diplomatik sahədə uğurlar əldə edilməsi baxımından çox önəmlidir. Ona görə də bu forumun yüksək səviyyədə keçirilməsinə görə ölkə Prezidentinə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm”.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
Bu xəbər oxucular tərəfindən 663 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed