Şrift:
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Avropaya səfəri davam edir
06.11.2018 [10:09] - Gündəm, Diaspor
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Benilüks Azərbaycanlıları Konqresinin IV Qurultayında iştirak edib.

Dövlət Komitəsindən bildiriblər ki, Qurultayda təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi, birgə fəaliyyətin təşkilinin zəruriliyi vurğulanıb. Elsevər Məmmədov Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri seçilib. Qurultaydan sonra Hollandiyada təhsil alan tələbələrlə görüş keçirilib.

Haaqadakı Azərbaycan səfirliyində keçirilən görüşdə tələbələrə diaspor fəaliyyəti ilə bağlı həyata keçirilən tədbirlər, görülən işlər barədə məlumatlar verilib. Dövlət Komitəsi tərəfindən hazırlanmış promovideolar, görülən işlərə dair videoçarx təqdim edilib, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Tələbələr diaspor fəaliyyətinə dəstək verməyə və ölkəmizə dair həqiqətlərin daha geniş yayılması işində əllərindən gələni etməyə hazır olduqlarını bildiriblər.

Nümayəndə heyətinin növbəti görüşü Hollandiyanın Ostervik şəhər meri Hans Janssen ilə keçirilib. Görüşdə diaspor fəaliyyəti, Azərbaycan diasporu, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparılıb, şəhər merinə xatirə hədiyyələri təqdim edilib. Görüş iştirakçıları Hollandiyanın Milli Qəhrəmanı, II Dünya müharibəsinin iştirakçısı Məmməd Məmmədovun adını daşıyan küçəni və barelyefi ziyarət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Avropaya səfəri davam edir.
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed