Şrift:
Azərbaycan on ayda ən çox Rusiyadan məhsul idxal edib
23.11.2018 [10:11] - Gündəm, İqtisadiyyat
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ən çox məhsul idxal etdiyi ilk üç ölkənin adı açıqlanıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, yanvar-oktyabr aylarında idxalda əsas ölkələrin siyahısında ilk sırada Rusiya olmaqla, Türkiyə və Çin qərarlaşıb. Rusiyadan idxal 1 milyard 482 milyon 104 min dollar, Türkiyədən 1 milyard 309 milyon 656 min dollar, Çindən isə 948 milyon 699 min dollar dəyərindədir.
Bu xəbər oxucular tərəfindən 414 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed