Şrift:
KXDR əsgəri Cənubi Koreyaya keçib
01.12.2018 [10:02] - Xəbərlər, Siyasət
Koreya Xalq demokratik Respublikası (KXDR) ordusunun əsgəri iki ölkə arasındakı quru sərhədindən Cənubi Koreyaya keçib.

Yonhap agentliyi Cənubi Koreyanın silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla bu barədə xəbər yayıb. Bildirilir ki, Cənubi Koreya sərhədçiləri yerli vaxtla səhər 7:56-da KXDR əsgərinin sərhədi keçdiyini müəyyən ediblər. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Əsgərin sərhədi necə və hansı niyyətlə keçməsi aydınlaşdırılacaq.

Qeyd edək ki, bu, iki ölkə arasındakı demilitarizasiya zonasında hərəyə 10 mühafizə postunu ləğv etmələrindən sonra ilk belə hadisədir.
Bu xəbər oxucular tərəfindən 537 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed