Şrift:
Milli Məclisin deputatları Fransada AŞPA komitələrinin iclaslarında iştirak edəcəklər
07.12.2018 [09:35] - Xəbərlər, Siyasət
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyası komitələrinin iclaslarında iştirak etmək üçün dekabrın 10-dan 15-dək Fransaya səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən bildirilib ki, Parisdə keçiriləcək Siyasi işlər və demokratiya, Hüquqi işlər və insan haqları komitələrinin iclaslarında quruma üzv dövlətlərdə terrorizmə qarşı mübarizə, gender bərabərliyi üzrə dünya demokratik forumuna hazırlıq, demokratik seçki prosesi zamanı media azadlığının prinsipləri, referendum keçirilməsi sahəsində yeniliklər, təşkilatda prosedur qaydalardan sui-istifadə hallarının aradan qaldırılması və ekstradisiya şərtləri, üzv dövlətlərdə QHT-lərin fəaliyyəti və digər məsələlər müzakirə olunacaq.
Bu xəbər oxucular tərəfindən 406 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed