Şrift:
Fərəc Quliyev Ukrayna çempiyonu olmuş azərbaycanlını təbrik etdi
07.12.2018 [10:13] - Xəbərlər, İdman, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev güləş üzrə keçirilən Ukrayna çempionatında öz çəki dərəcəsində birinciliyi qazanmış azərbaycanlı idmançı Kamil Kərimovu və ona kariyerasında dəstək olan atası Elman Kərimovu təbrik edib. Təbrikdə bildirilir:

“Kamil Kərimov peşəkar idmançı olması ilə yanaşı həm də Vətəninə bağlı bir gəncdir. Oğlunu vətənpərvər ruhda böyüdüb yetişdirən atası Elman Kərimovun həm də onun idman uğurlarına böyük dəstək olması bizə məlumdur. Bu baxımdan idmançımızın qazandığı qələbələrdə atasının da böyük payı vardır.

K.Kərimovun güləş üzrə keçirilən Ukrayna çempionatında öz çəki dərəcəsində birinciliyi qazanması bizi çox sevindirdi. Qazandığı bu növbəti qələbəsi münasibətiylə K.Kərimovu və onun atası Elman bəyi təbrik edir, idmançı həmyerlimizə daha böyük və daha nüfuzlu yarışlarda qələbə qazanmağı arzulayır, beynəlxalq arenalarda öz sözünü deyəcəyindən əminliyimizi bildiririk.”
Bu xəbər oxucular tərəfindən 579 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed