Şrift:
Ölümündən bir il qabaq bir dosta yazdığım məktub və onun P.S-i -MƏKTUBDAN SONRASI
10.12.2018 [09:34] - Gündəm, Mədəniyyət
Hər anımız -mübarizə,
mübarizə...
Dəqiqəmiz,saatımız -
mübarizə......
Hər günümüz, hər həftəmiz-
mübarizə...
Hər ayımız, hər ilimiz-
mübarizə...
İşimiz də, gücümüz də-
mübarizə..
Sevgimiz də, öcümüz də-
mübarizə......
Mübarizə yoxsa əgər,
Giley-güzar çoxsa əgər,
Qəhər bizi,
kədər bizi
boğsa əgər......
İt də,
qurd da gülər bizə...
Aləm nələr
deyər bizə...
Özümüzü güldürməyək
qurdumuza,
itimizə....
Bilinməyib
ac olmuşuq--
tox olmuşuq,....
Ərinməyib,
usanmayıb,
utanmayıb
yamanlığın ətrafından
yox olmuşuq,
Vüqarımız,
mənliyimiz
vüqar olub,
mənlik olub.
Yaxşı işlər
sənlik olub,
mənlik olub.
Yaşa,qardaş,
yaşa, qardaş.
Nə etməli,
yaxşı- azdır,
dünya yaman
pisliklərlə
tünlük olub..
Neyləməli,
nə olubsa,
bütün bunlar
mənlik olub,
sənlik olub.....

29.11.2017
***
P.S.
Bu dünyadan ayrılığın bir il oldu,

Dünya yenə öz işində,gücündədir.

Boylanıram bu günümdən keçənlərə,

Aman Allah!..Dünya yenə nə gündədir...

09.12.2018.
Bu xəbər oxucular tərəfindən 522 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed