Şrift:
Diaspor komitəsinin məsul əməkdaşı Gürcüstanda yaşayan ahıska türkləri ilə görüşüb
11.12.2018 [10:09] - Gündəm, Türk dünyası-Turan, Diaspor
Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstanda yaşayan azərbaycanlılarla iş üzrə şöbə müdiri Anar Rəsulov və Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Rəhim Rəhimzadə bu ölkədə yaşayan ahıska türkləri ilə görüşüblər.

Anar Rəsulov, Rəhim Rəhimzadə və digər qonaqlar əvvəlcə Dünya Ahısxa Türkləri Birliyinin (DATÜB) Tbilisi şəhərindəki qərargahında qurumun Gürcüstan üzrə nümayəndəsi İsmail Əhmədovla görüşlər.

A.Rəsulov Azərbaycan dövlətinin Gürcüstanda yaşayan azərbaycanlılar, eləcə də ahıska türklərinə daim diqqət və qayğı göstərdiyini, bu cür səfərlərin davamlı olacağını bildirib.

Görüşdə qonaqlara DATÜB-in Gürcüstan nümayəndəliyinin fəaliyyəti barədə məlumat verilib.

DATÜB-dən bildiriblər ki, sonra qonaqlar ahıska türklərinin yığcam yaşadıqları Axaltsixi şəhərinə səfər ediblər.

Əvvəlcə qonaqlar Samsxe-Cavaxetia Dövlət Universitetində təhsil alan ahıskalı tələbələrlə görüşüblər. Tələbələrə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü barədə məlumat verilib, onların qayğıları ilə maraqlanıblar. Tələbələrə bayram hədiyyələri təqdim olunub.

Rəhim Rəhimzadə “Erasmus+” proqramı çərçivəsində Polşanın Lodz Universitetində təhsilini davam etdirəcək ahıskalı tələbələr - Əmrah Qəhramanov, Nuriddin Şahmuradov və Elman Məcidova viza proseduraları ilə bağlı köməklik göstəriləcəyini bildirib.

Tbilisi şəhərində jurnalistika fakültəsində təhsil alan ahıskalı Kamran Seyfətova da Gürcüstan televiziyalarının birində təcrübə keçmək üçün dəstək göstəriləcəyi qeyd edilib.

Daha sonra isə Axaltsixi şəhəri ərazisindəki Tavarni qəsəbəsində ziyalılar və gənclərlə görüş keçirilib.

Anar Rəsulov qeyd edib ki, görüşün məqsədi Axaltsixidə yaşayan ahıska türklərinin vəziyyəti ilə maraqlanmaq və onları narahat edən problemlərlə tanış olmaqdır.

Görüşdə ahıska türklərini narahat edən məsələlər, onların qayğıları və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 829 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed