Şrift:
Qurban Qurbanov: Futbolçularımıza təşəkkür edirəm
14.12.2018 [10:11] - Gündəm, İdman
Bu gün futbolçularımın oyunundan razı qaldım. Buna görə onlara təşəkkür edirəm. “Arsenal” komandası qrup mərhələsinin bütün oyunlarında çox yaxşı çıxış etdi və digər komandalardan üstün oyun göstərdi. Ümumilikdə, “Qarabağ” və “Sportinq” güc fərqində bir addım öndə idi. Bəlkə də daha yaxşı nəticələr qazana bilərdik.

Bu sözləri Ağdamın “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin altıncı turunda səfərdə İngiltərənin “Arsenal” komandası ilə oyundan (0:1) sonra təşkil olunan mətbuat konfransında deyib.

Qurban Qurbanov bildirib: “Rəqibin heyətində perspektivli futbolçular var. “Arsenal” daim gənc oyunçulara şans verməsi ilə seçilib. Bu futbolçular “Arsenal”ın gələcəkdə də güclü klub olacağını göstərir”.

Baş məşqçi, həmçinin oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə erməni azarkeşin əlində qondarma “Dağlıq Qarabağ respublikası”nın bayrağı ilə meydana daxil olmasına münasibət bildirib: “Bu haqda çox danışmaq istəmirəm. Ancaq qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub qaçmamalı idi. Yalnız qorxaqlar bir addım atıb sonra qaçırlar”.
Bu xəbər oxucular tərəfindən 502 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed