Şrift:
Gürcüstanın yeni seçilmiş prezidentinin andiçmə mərasimində 1800 qonaq iştirak edəcək
14.12.2018 [10:12] - Xəbərlər, Siyasət
Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin andiçmə mərasimində 1800 qonaq iştirak edəcək.

Yerli KİV-lər xəbər verir ki, qonaqların 800 nəfərinin siyahısını S.Zurabişvili özü hazırlayıb.

Protokola əsasən andiçmə mərasimi 40 dəqiqə davam edəcək və qonaqlar mərasimi ayaq üstə izləyəcəklər. S.Zurabişvili yeni konstitusiyaya əl basaraq and içəcək və ölkənin əsas qanunu andiçmə mərasimindən dərhal sonra qüvvəyə minəcək.

Məlumat üçün qeyd edək ki, Gürcüstanın 5-ci prezidentinin andiçmə mərasimi dekabrın 16-da Kaxeti bölgəsinin Telavi şəhərində gürcü çarı II İraklinin sarayında keçiriləcək.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 442 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed