Şrift:
Türkiyəli jurnalist Azərbaycan Kikboksinq Federasiyasının İdarə Heyətinin üzvü seçilib
14.12.2018 [10:15] - Gündəm, İdman
Tanınmış türkiyəli jurnalisti Ali Kan Azərbaycan Kikboksinq Federasiyasının (AKF) İdarə Heyətinin üzvü seçilib.

Milli Məclisin deputatı, AKF-in prezidenti Adil Əliyev Ali Kanı federasiyanın rəhbər heyətində görməkdən məmnunluğunu bildirərək deyib: “Ali Kan Türkiyədə tanınmış jurnalistlərdəndir. Azərbaycanın haqq səsinin türk dünyasına və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında onun da xidmətləri var. O, həmçinin AKF-in Türkiyədə tanıdılmasında böyük xidmətlər göstərib. Hazırladığı xəbərlər mətbuatda geniş işıqlandırılıb. Türkiyənin siyasi elitasında hörmətlə qarşılanan media mənsublarındandır. Bu gün Ali Kanı öz aramızda görməkdən məmnunuq. Ona gələcək fəaliyyətində uğurlar arzulayıram”, - deyə A.Əliyev əlavə edib.

Ali Kan Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyində yer almaqdan məmnunluğunu bildirib.
Bu xəbər oxucular tərəfindən 499 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed