Şrift:
Tokio və Okinava arasında Naqoda torpaq işləri ilə bağlı fikir ayrılığı davam edir
14.12.2018 [10:18] - Xəbərlər, Siyasət
Yaponiyanın mərkəzi hökuməti ilə Okinava prefekturasının hakimiyyət orqanları arasında ABŞ-a məxsus hərbi obyektin yerdəyişməsi ilə əlaqədar torpaq işlərinin aparılmasına dair fikir ayrılığı davam edir.

NHK telekanalı verir ki, Yaponiyanın müdafiə naziri Takeşi İvaya və Okinava qubernatoru Denni Tamaki dekabrın 13-də - nazirliyin Naqo şəhəri sahillərində torpaq işlərini bərpa etməsindən bir gün əvvəl Tokioda görüşüblər.

D.Tamaki nazirliyi dekabrın 14-də başlanması planlaşdırılan işləri dayandırmağa çağırıb. Qubernator bildirib ki, hər iki tərəf üçün münasib qərarın qəbul olunması məqsədilə dialoqu davam etdirmək istəyir. Çünki onun qənaətinə görə, bu, demokratik yoldur. Qubernator nazirliyin işləri bərpa etmək istəməsini təəssüf hissi ilə qarşıladığını bildirib.

T.İvaya nazirliyin məsələ ilə bağlı mövqeyini bir daha təkrar edərək deyib ki, ABŞ-ın Qinovan şəhərində yerləşən Futemma bazasının əhalinin daha az olduğu yaşayış məntəqəsinə köçürülməsi yeganə düzgün qərardır. Nazir, həmçinin bildirib ki, hazırda torpaq işləri planda nəzərdə tutulduğu kimi davam edir.

D.Tamaki görüşdən sonra jurnalistlərə bildirib ki, işləri hətta torpağın tökülməsindən sonra da dayandırmaq olar. Okinava bunun üçün yollar axtarmaqda davam edəcək.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 436 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed