Şrift:
Türkiyədə Dəclə çayı üzərindəki “Kral qızı” su anbarında qəza baş verib
14.12.2018 [10:22] - Gündəm, Hadisə
Türkiyənin Diyarbəkir vilayətinin Eğil rayonunda Dəclə çayı üzərindəki “Kral qızı” su anbarında qəza baş verib.

Qəzanın səbəbi son günlər bölgədə yağışlı hava şəraiti nəticəsində yağıntının miqdarının çox olmasıdır. Anbarda suyun səviyyəsinin artması qapaqlardan birinin qopması ilə nəticələnib.

Hazırda Dəclə çayının ətrafındakı yaşayış məntəqələrinin sakinlərini seldən qorumaq üçün tədbirlər görülür.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 556 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed