Şrift:
Strasburqda silahlı hücum törədən şəxs zərərsizləşdirilib
14.12.2018 [10:24] - Gündəm, Hadisə
Strasburqda milad bazarında silahlı hücum törədən Şerif Şekat polislə atışma nəticəsində zərərsizləşdirilib.

Bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner məlumat verib. Nazir bildirib ki, üç polis əməkdaşına atəş açan Ş.Şekat cavab atəşi ilə öldürülüb.

Yerli televiziya kanallarında yer alan xəbərə görə, küçədə avtomobillə hərəkət edən polis Ş.Şekata uyğun əlamətləri olan qara geyimli şəxsin binalardan birindən çıxdığını görüb və şübhələnib. Polis şübhəli şəxsə yaxınlaşanda, o, atəş açmağa başlayıb.

İki sutkaya yaxın polis tərəfindən axtarılan Ş.Şekatın yeri iki dəfə müəyyənləşdirilsə də, hər dəfə o, yenidən gizlənməyə müvəffəq olmuşdu. Ş.Şekat gizləndiyi yeri növbəti dəfə dəyişməyə çalışsa da, bunu edə bilməyib.

Şəhla Ağalarova
Bu xəbər oxucular tərəfindən 481 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed