Şrift:
“Traxtur”un yarışından əvvəl “Ərdəbil oyaqdır – Təbrizə bir dayaqdır” şüarı səsləndirilib – VİDEO
15.12.2018 [10:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Cümə axşamı günü Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” futbol komandası ilə Xuzistanın “Fulad” komandası arasında keçirilən görüş zamanı 70 mindən çox soydaşımız iştirak edib.

Görüş “21 Azər Hərəkatı”nın 73-cü ildönümü ərəfəsində keçirildiyi üçün stadion ətrafında və daxilində “21 Azər”lə bağlı bir çox plakatlar və yazılı parçalar nümayiş etdirilib.

Bundan əlavə, ərdəbilli fəallar Azərbaycan şəhərlərinin hər zaman müttəhid olduğunu göstərmək məqsədi ilə oyundan əvvəl “Ərdəbil oyaqdır – Təbrizə bir dayaqdır” şüarı səsləndiriblər. Bu şüar doğma şəhərlər arasında nifaq salmaq istəyən qüvvələrə də yaxşı cavabdır.

Video:

Bu xəbər oxucular tərəfindən 478 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed