Şrift:
S.Ə.Şirvaninin (1835-1888) "Ziya" qəzetində dərc etdirdiyi nüktələrlə dolu "Ey bülbül" rədifli qəzəli
18.12.2018 [10:37] - Gündəm, DAVAMın yazıları
Seyid Əzim Şirvani bu qəzəli əqidə və məslək dostu "Ziya" qəzetinin naşiri və baş yazarı Hacı Səid Əfəndi Ünsizadənin sifarişilə yazmışdır.

"Ziya" qəzeti 25 yanvar 1879-cu ildə nəşrə başlayandan abunə çətinlikləriilə üzləşmişdir.Qəzetin cəmiyyətdəki rolunu qiymətləndirən milli ziyalılardan başqa,ona kömək edən ,demək olar ki,yox idi.Heç bir sənəddə göstərilməsə də, qəzetin abunə çətinliklərinə hökumət tərəfindən qayğı göstərilirdi.Bi məsələdə Səid Ünsizadəyə vaxtilə Bakı qubernaoru olmuş D.Staruselskinin rolu danılmazdır.

Səi Ünsizadə bunu bir neçə yazısında söz içində qeyd etmişdir.

Hökumət məmurlarıyerlərdəki pristavlar yuxarılarıngöstərişi ilə abunə çətinliklərin dəf olunmasına çalışır,tabe olduqları qurumlar qarşısında pis vəziyyətdə qalmaq istəmirdilər.Onlara bəzi kənd xudaları da köməklik göstərməyə məcbur idilər. Bunu "Ziya"ya göndərilən məktublar da təsdiq edə bilər.Hökumətin tapşırığını yerinə yetirən məmurlar müntəzəm olaraq,yerlərdə abunənin gedişatı haqqında Səid Ünsizadəyə məlumat veirdilər. Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü olan Səid Ünsizadə də bu hesabatları başçılıq etdiyi "Ziya" qəzeti vasitəsilə işıqlandırırdı.

Maraqlı bir fakt da var ki,abunə yazılanbəzi mollalar, abunə pulunu versələr də, qəzeti başqa adamın ünvanına göndərməyi Səid Ünsizadədən və onun "Ziya"da işləyən qardaşı Cəlaldan xahiş edirdilər.

Yerlərdə qəzetə qayğı göstərənlərin adları da "Ziya"nın sütunlarını bəzəyirdi."Ziya"ya maddı kömək edənlərdən biri İrəvandan Abbas Razi Məmmədzadə idi.O, qəzetə kömək məqsədilə Tiflisə Qafqaz Canişinliyinin İdarəsinə 50 manat pul və fars dilində bir məktub göndərmişdir.Səid Ünsizadə bu məlumatı qəzetində işıqlandırmış, başqalarına görk olmaqdan ötrü dostu S.Ə.Şirvaninin Abbas ağaya

ünvanladığı 19 beytlik şeirini -qəsidəsini "Ziya" qəzetinin 11.10.1879-cu il tarixli 39-cu nömrəsində dərc etmişdir.

Şeir belə başlayır:



"Mərhəba ,ey İrəvanın xaki zibamənzəri-

Kim gəlib səndənvücudə əhli-məna sərvəri".



S.Ə.Şirvaninin özü də qəzetin və mətbu sözün tərifinə aid bir neçə şeirini "Ziya"da çap etdirmışdir.

Qəzetə yardım edənlərdən biri Türkiyə sədr-əzəmi Fuad paşanın müşaviri Şəkili Ömər bəyin bacısı oğlu Şahin Əfəndi idi.

M.F.Axundzadə 1863-cü ildə ƏLİFBA LAHİYYƏSİ ilə əlaqədar İstanbula gedəndə,Şahin əfəndinin səmimi münasibətindən sonralar fərəhlə söz açmışdır.



Türkiyə tarixində müxtəlif vaxtlarda maarif naziri olan Münif paşa da "Ziya"nın Türkiyədəki qayğıkeşlərindən və fəal oxucularından biri idi.

Münif Paşa M.F.Axundzadəyə də Sultanın yaxın əməkdaşlarından biri kimi kömək etmişdir. Filologiya elmləri doktoru,professor Vüqar Əhmədovun Xiyabani kitabında yazdığı kimi,Münif Paşa M.F.Axundzadənin layihəsini başçılıq etdiyi elmi qurunmun jurnalında dərc etmişdir.

Münif Paşanı "Ziya"ya göstərdiyi ən böyük qayğı 1882-cidə "Ziya"ya müsabiqə adı ilə göтdərdiyi

"Ey bülbül" qəzəlidir.Münif paşanın "Ey bülbül" qəzəli "Ziya"da çap ediləndən sonra Qafqazın 3 böyük şairi- Şəkili Nakam ( İsmi Sədrəddinbəyov.O,əslən Şamaxılıdır-N.N.),Şuxi və S.Ə.Şirvani Tiflisə-"müsabiqə"yə öz nəzirələrini göndərirlər.

Bu şeirlər 1881-ci ildə Türkiyədə "Ey bülbül " rədifi ilə başlanan müsabiqənin davamı kimi qəbul oluna bilər.

Münif paşa Türkiydəki müsabiqədə qalib gəlməsə də, "Ziya"da mətbu sözü Ezop maneralı qəzəli ilə qiymətləndirə bildi.

Filologiya elmlər doktoru, piofessor dostumuz X.Məmmədov "Ziya"dakı "Ey bülbül" qəzəllərini sovet dövründə yazdığı monoqrafiyasında epiqonçu şeir kimi izah etsə də, sonralar öz fikrini dəqiqlşdirmk üçün yeni elmi axtarışlara başlamışdı.

Təəssüf ki,amansız ölüm ona bu işi yerinə yetirməyə imkan vermədi.

Görünür, Münif paşa S.Ünsizadə və onun dostlarrı ilə bu "MÜSABİQƏ"yə ciddi hazırlaşıbmış.Müsabiqənin nəticəsi məlum deyil.Məlum olan budur ki,Səid Ünsizadə "Ziya"ya kömək etmək üçün ziyalıları bu vazcib məsələnin həllinə yönəldə bilmişdi.

Səid Ünsizadənin və Münif paşanın bu birgə layihəsi ciddi öyrənilməlidir.Hələlik oxuculara S.Ə.Şirvanini Münif paşaya minnətdarlıq məktubu ilə ünvanlanan EY BÜLBÜL qəzəlini ərməğanedirik.Bu qəzəl S.Ə.Şrvaninin 1967-ci il nəşrində verilsə də,şairin latın qrafikalı 3 cildliyinə,nədənsə daxil edilməmişdir.

Məlumat üçün onu da bildiririk ki,S.Ə.Şirvaninin ikinci bir "EY BÜLBÜL"ü "Kəşkül" jurnalının problemləri ilə əlaqdardır.

Burada da Bülbül və Gül metaforik obrazlardır. "Ziya"dakı bülbülər- Səid Ünsizadəni,

güllər isə -"ZİYA" qəzetini təmsil edir. Bu şeirdəki nüktələr incələnməli,rəmzlər açılmalı,türk dilli mətbuatda çoxlarının diqqətindən yayınmış Ezop üslubu, Ezop manerası bütün incəlikləri ilə incələnməli və elmi filoloji təhlilə cəlb olunmalıdır.

Davamlı və daha ciddi araşdırmalar S.Ə.Şirvaninin BÜLBÜLNAMƏ və GÜLNAMƏlərindəki analoji şeirlərin yeni nümunlərini ortalığa şıxara bilər.



S.Ə.Şirvaninin "Ey Bülbül" rədifli qəzəli



Açıbdır çöhrə güli-gülüstanın,ey bülbül!

Nə vəchdən tutulur bəs lisanın, ey bülbül!

Gəhi dilin tutulur, gəh fəğan edirsən sən,

Nədir, bəyan eylə dərdi-nihanın, ey bülbül!

Xəzan qəmilə məgər xatirin hirasandır,(bu söz Əsərlərdə pərişandır şəklindədir-N.N.)

Bahari-vəsldə artır fəğanın, ey bülbül!

Baharım oldu fəğan, qoy mən eyləyim nalə,

Sənin ki, döndi baharə xəzanın,ey bülbül!

Bücudeyi-Məryəmi-gülbəndə gəldi iyisi-gül,

Yəqindi tazələnir şimdi canın, ey bülbül!

Sənin zəbanələrin yandırır zəmanələri,

Əcəb ki,ol odə yanmaz zəbanın, ey bülbül!

Həzar mərtəbə şirindir nöqlü-şəkkərdən,

O Xosrovani əda dastanın, ey bülbül!

Zəman-zəman fərəhin var təbəssümi-güldən,

Xoşa bu gunə keçə hər zəmmanın, ey bülbül!

Sənin təranələrin şeirin nəzirəsidir,

Münifü xoşsüxənü-nüktədanın ,ey bülbül!

Həvayi-xar ilə sən tutmazsan qərarü şəkib,

Qızıl qəfəs ola gər aşiyanın , ey bülbül!

Qədəm gül üstünə qoymaq nədir, səzadır əgər,

Tökülsə xənçəri-xar ilə qanın, ey bülbül!

(səh.346)

Gərək ola qədəmi-yarda səri-aşiq,

Həsən degil bu rəviş dasitanın, ey bülbül!

Kitabi-güldən oxursan Rəsul mədhini sən,

Rəvadır Seyyid ola mədhxanın , ey bülbül!

***

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

Respublika Prezidentinin Sərəncamı ilə keçirilən

ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,türkoloq



Ədəbiyyat siyahısı

1"Ziyayi-Qafqasiyyə" qəzeti, 28.05.1882, N 18.

2.S.Ə.Şirvani.Əsərləri , 3 cilddə.

I cild. Azərbaycan SSR EA Nəşriyyatı,

B., 1967.səh 346-347.

3.Xeyrulla Məmmədov.XIX əsrin sonu,XXəsrin əvvəllərində

Azərbaycan maarifçi realist ədəbiyyatı(xüsusi kurs).Bakı,1978.

4.Vüqar Əhmədov.Xiyabani.Bakı, 2010.
Bu xəbər oxucular tərəfindən 774 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed