Şrift:
Hər günün xoş arzusu
27.12.2018 [09:18] - Gündəm, DAVAMın yazıları
Yenə açıldı səhər...
Bakı,sabahın xeyir.
Gəncə,sabahın xeyir,
Şəki,sabahın xeyir...
Quba,sabahın xeyir,
Oba, sabahın xeyir.
Təbriz, sabahın xeyir,

Göycə,sabahın xeyir,
Göyçay,sabahın xeyir...
Dərbənd,sabahın xeyir,
hər kənd,sabahın xeyir..
.
Kırım,sabahın xeyir,
Urum,sabahın xeyir.
Salam,salam,Borçalı,
Salam,ey türk mahalı..

Salam,Şamaxı,salam,
sənsiz xoşbəxt olmaram...
Sənsən sözün meydanı...
Sənsiz bircə günüm yox,Sən tək şəhər de,hanı?
***
Ay ellərin yaxşılığa,
ay xeyirlə açılan
ömrümüzün bir gününün səhəri,
günümüzün bu günü,bu təhəri,
xoş gəlmisən günümüzə,
möcüzəsən,möcüzə...
***
İstəyirəm
həmişə hər günümüz
yaxşılıqlı gün olsun...
(Yaxşı yuxu görmüsən?
Yaxşı yuxun çin olsun!).

Ay Yer üzü,göy üzü,
uzatmadan bu sözü
qollarımı açıram,
göstərirəm ehtiram:
Ölkə,sabahın xeyir,
Bakı,sabahın xeyir,
Bölgə sabahınxeyir,
Ay yurdun hər qarışı,
yüz qarışı
,bir qarışı-
dünyam,sabahın xeyir...
Dünya,sabahın xeyir...
Yaşasın bəşəriyyət,
Yaşasın yaxşı niyyət.
...
Nazim,sabahın xeyir,
Günüm, sabahın xeyir...
Nazim Nəsrəddinov.

Bakı,26.12.2018.
Bu xəbər oxucular tərəfindən 719 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed