Şrift:
Özbəkistan parlamentinə hökumət üzvlərini təsdiq etmək səlahiyyəti verilə bilər
29.12.2018 [10:01] - Xəbərlər, Türk dünyası-Turan
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hökumət üzvlərinin Ali Məclis tərəfindən təsdiq olunması təklifi ilə çıxış edib.

Özbəkistan Prezidenti bu fikri parlamentə müraciətində səsləndirib. O deyib: “İslahat yeniləşmə, dəyişmə deməkdir. İslahatların müsbət nəticə verməsi üçün bütün cəmiyyət, ən əvvəl isə biz rəhbərlər dəyişməliyik. İnsan dəyişərsə, ölkə də dəyişər. Belə ki, yaşadığımız dövr rəhbərlərdən, deputatlardan, aparıcı mütəxəssislərdən tələb edir ki, öz fəaliyyətlərini tənqidi analiz, ciddi nizam-intizam, fərdi məsuliyyət əsasında qursunlar. Gələcək nazirlər parlament qarşısında məsuliyyət hiss etməli, öz vəzifələrinə layiq olduqlarını göstərməlidirlər”.

Qeyd edək ki, indiyə qədər Özbəkistanda nazirlər, dövlət idarələri və şirkətlərin rəhbərləri prezidentin və hökumətin fərman və qərarlarına əsasən təyin edilib.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 549 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed