Şrift:
Botanika elminin inkişafına dair beynəlxalq əlaqələr qurulur
11.01.2019 [09:26] - Gündəm, DAVAMın yazıları
AMEA Botanika İnstitutu ilə Rusiya elm ocaqları arasında elmi əməkdaşlıq spektrı genişləndirilir. Bu sahədə Moskva Dövlət Universitetinin Biologiya fakültəsi ilə bağlanmış elmi əməkdaşlığa dair müqaviləni vurğulamaq olar. Elmin inkişafına istiqamətləndirilmiş müqavilə Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə və Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin dekanı, akademik Mixail Kirpiçnikov tərəfindən imzalanıb. Sənədə əsasən tərəflər göbələk, yosun və bitkilərin sistematikası, filogeniyası, ekologiyası, fiziologiyası və biokimyası sahələri üzrə birgə tədqiqatlar aparmaq, təbii nümunələr, herbari nüsxələri və təmiz kulturaları mübadilə etmək, birgə layihələr üzrə işləmək, maraqlı tərəfləri cəlb etməklə toplantı, seminar və konfranslar keçirmək barəsində razılığa gəliblər.
Bu xəbər oxucular tərəfindən 738 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed