Şrift:
Özbəkistan səfiri: Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas şərti
30.07.2012 [14:26] - Gündəm, Türk dünyası-Turan
Azərbaycanın ərazi bütövlüyünə əməl olunmasıdır

Azərbaycan Cənubi Qafqazda Özbəkistanın əsas tərəfdaşıdır.

Azərbaycan regionda mövqeyini getdikcə daha çox gücləndirir”. Bu sözləri Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev deyib. O bildirib ki, son illər iki ölkə arasında münasibətlər daha dinamik xarakter alıb: “Münasibətlərimiz ümumi tarixi köklər, dil, mədəniyyət və ənənələrə əsaslanır”.

Səfir bəyan edib ki, Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin siyasi və sülh yolu ilə həllini istəyir: “Biz hesab edirik ki, münaqişənin həllinin əsas şərti Azərbaycanın ərazi bütövlüyünə əməl olunmaısıdır”.

Ş. Fayziyev Azərbaycanla xüsusən tranzit ölkə kimi ticarət əlaqələrinin inkişafında da maraqlı olduqlarını söyləyib. O qeyd edib ki, bu əməkdaşlıq nəticəsində Azərbaycan Özbəkistanın Qara və Aralıq dənizi limanlarına, Özbəkistan isə Azərbaycanın Çin və Cənub-Şərqi Asiyaya çıxışına şərait yaradacaq.
Bu xəbər oxucular tərəfindən 1211 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed