Şrift:
Rusiyada kosmosdan təhlükəyə qarşı milli proqram hazırlanır
26.01.2019 [10:14] - Xəbərlər, Mədəniyyət
“Roskosmos” dövlət korporasiyası və Rusiya Elmlər Akademiyası asteroid, kometa və kosmik zibillərdən gələn zərərin qarşısını almaq üçün milli proqram hazırlayır.

TASS informasiya agentliyi xəbər verir ki, sözügedən qurumların məlumatında asteroidlər, kometalar və kosmik daşların qalıqları təhlükə kimi dəyərləndirilir, eyni zamanda, təkcə kosmik cisimlərin deyil, yerətrafı orbitdəki kosmik zibillərin də Yer planetinin sakinlərinə zərər vurduğu bildirilir.

Daha əvvəl “Roskosmos”un departament müdiri Yuri Makarov Rusiya Elmlər Akademiyasının Rəyasət Heyətində çıxışı zamanı asteroid-kometa təhlükəsinin monitorinqi üzrə birgə milli proqram hazırlamağı təklif edib. Onun sözlərinə görə, yeni layihənin reallaşdırılmasına yerətrafı kosmik məkanda təhlükəli vəziyyətlər barədə avtomatlaşdırılmış xəbərdalıq sistemi də qoşula bilər.
Bu xəbər oxucular tərəfindən 411 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed