Şrift:
Azərbaycan xüsusi təyinatlıları Türkiyədə təlim kurslarına qatılacaqlar
31.07.2012 [11:34] - Xəbərlər, Türk dünyası-Turan
Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə keçirilən təlim kurslarında iştirak edəcəklər.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan hərbçiləri avqustun 13-dən 17-dək Türkiyə Silahlı Qüvvələrinin Eğirdir mərkəzində «Xüsusi maneələri dəf etmə üzrə komando təlimatçı kursu»na, avqustun 27-dən noyabrın 16-dək isə «Komando təməl kursu»na qatılacaqlar.
Təlim kurslarında iştirak Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən reallaşacaq.
Bu xəbər oxucular tərəfindən 2465 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed