Şrift:
Zəki Qazioğlu XİN-də çalışacaq
02.08.2012 [02:12] - Türk dünyası-Turan
Sadəddin Topukçu Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Azərbaycan nümayəndəliyinin rəhbəri Zəki Qazioğlunun diplomatik missiyası başa çatır. Zəki Qazioğlu açıqlamasında sentyabrda Azərbaycandan gedəcəyini bildirib: «Burada 2006-cı ildən fəaliyyət göstərirəm. Keçən ilin sentyabr ayında fəaliyyət müddətim başa çatdı. Lakin öz istəyimlə bu müddət bir il də uzadıldı, yəni diplomatlar üçün nəzərdə tutulmuş maksimum müddət oldu. Bu ilin sentyabrında altı il tamam olur və mən sevdiyim qardaş Azərbaycandan gedirəm». Zəki Qazioğlu onu ŞKTC-nin Azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsində əvəzləyəcəyi şəxsin adının məlum olduğunu da söyləyib: «Bu vəzifəyə Sadəddin Topukçu gələcək. Mən isə Xarici İşlər Nazirliyində çalışacağam».
Bu xəbər oxucular tərəfindən 1455 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed