Şrift:
Günay Məmmədzadə şahmat üzrə Azərbaycan çempionu olub
13.02.2019 [10:45] - İdman
Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.
Federasiyanın binasında keçirilən yarışda qalib adını Günay Məmmədzadə qazanıb. O, IX turda qara fiqurlarla Mələk İsmayıla qalib gəlib. Bununla da xallarını 8,5-ə çatdıran Məmmədzadə yenidən ölkə çempionu olub.
O, daha əvvəl - 2017-ci ildə bu adı qazanıb.
Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) daha əvvəl fevral ayı üçün reytinq siyahısında Günay Məmmədzadə 2422 xalla 49-cu pillədə qalıb.
Bu xəbər oxucular tərəfindən 538 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed