Şrift:
"Ya Qarabağ, ya ölüm" şerinin müəllifi vəfat edib
13.02.2019 [10:48] - Xəbərlər, Türk dünyası-Turan
Türk dünyasının tanınmış sənətçisi Ozan Arif 69 yaşında vəfat edib.
Bu barədə Türkiyənin NTV televiziyası məlumat yayıb.
O.Arif qırtlaq xərcəngi xəstəliyindən əziyyət çəkirdi. O, müalicə olunduğu “On Doqquz Mayıs” Universitetinin Tibb fakültəsində dünyasını dəyişib.
Qeyd edək ki, O.Arif 1949-cu il iyulun 10-da Türkiyənin Giresun əyalətinin Alucra rayonunun Yüksələn kəndində anadan olub.
O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, Dağlıq Qarabağın və ətraf rayonların işğalına biganə qalmamışdı. O.Arif məşhur “Ya Qarabağ, ya ölüm!” şeirinin müəllifidir.
Bu xəbər oxucular tərəfindən 102 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed