Şrift:
Ustad Şəhriyarın türkcə şeirləri kitabı Türkiyədə çap olunub
13.02.2019 [11:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz, Kitab evi
Türkiyədə türk dünyasının görkəmli şairi ustad Məhəmməd Hüseyn Şəhriyarın türkcə şeirləri kitabı işıq üzü görüb.

“Yusuf Gedikli”nin qələmə aldığı kitab “Şəhriyar və bütün türkçə şeirləri” adlanır.

Kitab 5 bölümdən ibarətdir. Müəllifin araşdırması “Həyat, Şəhriyarın əsərləri və yaradıcılığı”, “Şəhriyarın şeirlərinə ümumi baxış”, “Heydər Babaya salam”, “Şeirlər” və “Söz və özəl sözlərin toplusu” bölümlərində təqdim olunub.

Bu kitab Yusuf Gediklinin 3 il ərzində Təbriz şəhərinə etdiyi ardıcıl səfərlər və araşdırmasından sonra qələmə alınıb. Əsər ustad Şəhriyar barəsində Türkiyə, İran və Azərbaycan Respublikasında ən önəmli araşdırma sayıla bilər.

Kitabda ustad Şəhriyarın türk dilində olan 100 şeiri dərc olunub. Türkcə şeirlərdə istifadə olunan sözlər 3500 kələmədən ibarətdir və müəllif bu sözləri lüğət şəkilində təqdim edib.

Dr. Yusif Gedikli Azərbaycan tarixi və ədəbiyyatı üzrə mütəxəssisdir, o 1992-ci ildə birinci dəfə olaraq “Azərbaycan türkləri” adı ilə dərgi nəşr etdirib.

N.S
Bu xəbər oxucular tərəfindən 93 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed