Şrift:
Türkdilli dövlətlərin mədəniyyət nazirliklərinin nümayəndələri görüşəcək
03.08.2012 [11:20] - Türk dünyası-Turan
Sabah Qırğızıstanın Çolpon-Ata şəhərində türkdilli dövlətlərin mədəniyyət nazirliklərinin nümayəndələrinin görüşü keçiriləcək. Lent.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyini beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Cahangir Səlimxanov təmsil edəcək.

Görüşün gündəliyinə yazıçılar və kino xadimlərinin yeni regional alyanslarının qurulması, müştərək telekanalın yaradılması, qarşıdan gələn beynəlxalq tədbirlərdə türkdilli dövlətlərinin mədəniyyət xadimlərinin və incəsənət ustalarının iştirakı və digər regional təşəbbüslərin müzakirəsi daxildir.
Bu xəbər oxucular tərəfindən 1135 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed