Şrift:
Macarıstanın Peç şəhərində Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib
02.03.2019 [10:10] - Gündəm, Sosial
Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə ölkəmizin Macarıstandakı səfirliyi tərəfindən silsilə tədbirlər çərçivəsində bu ölkənin Peç şəhərində dinc aksiya təşkil olunub.

Peç şəhərinin mərkəzi sayılan Seçeni meydanında keçirilən aksiyaya 40-dək azərbaycanlı tələbə ilə yanaşı, Türkiyə, Yəmən, Pakistandan olan tələbələr də qatılıblar.

Meydanda Macarıstandakı səfirliyimiz tərəfindən nəşr edilmiş, xüsusilə Dağlıq Qarabağ, Xocalı soyqırımı - erməni təcavüzünə aid kitab və broşürlər yerli sakinlərə və turistlərə paylanılıb, habelə Xocalı qurbanlarının şəkillərindən ibarət stend qurulub. Həmçinin tələbələr tərəfindən şam və qərənfillərdən istifadə edilməklə, asfalt üzərində “Justice for Khojaly” (“Xocalıya ədalət!”) sözü yazılıb.

Aksiya “Justice for Khojaly” şüarının ucadan səsləndirilməsi və Azərbaycan himninin oxunması ilə bitib.

Pərvanə Qarayeva
Bu xəbər oxucular tərəfindən 436 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed