Şrift:
FHN-in Qarabağ Regional Mərkəzi Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirib
02.03.2019 [10:17] - Gündəm, Sosial
Martın 1-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzinin xidməti ərazilərində fəaliyyət göstərən məktəb və qəsəbələrdə “1 Mart - Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar “Uşaqların təhlükəsizliyi - Bizim məsuliyyətimiz!” mövzusunda tədbirlər keçirilib.

FHN-dən bildiriblər ki, tədbirlərdə Mülki Müdafiə Gününün keçirilmə tarixi haqqında danışılıb, “1 mart - Ümumdünya Mülki Müdafiə Günüdür”, “Azərbaycan Respublikasının mülki müdafiə sistemi”, “Uşaqların təhlükəsizliyi-bizim məsuliyyətimiz!” mövzularında məruzələr edilib.

Çıxışlarda Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və fəaliyyət istiqamətləri, 1 mart - Ümumdünya Mülki Müdafiə Gününün qeyd edilməsinin məqsədi, Azərbaycan Respublikasının Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzvlüyü, habelə mülki müdafiə sahəsində təbliğat və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması haqqında ətraflı məlumat verilib.

Həmçinin maarifləndirici və təbliğat xarakterli tədbirlərin məqsədinin əhalinin yarana biləcək fövqəladə hallara hazırlanması, fövqəladə hallar zamanı davranış qaydalarına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə kömək göstərilməsi kimi məsələlərdən bəhs olunub. İştirakçılara mülki müdafiənin mühafizə vasitələrindən istifadə qaydaları, ilkin tibbi yardım, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, kimyəvi kəşfiyyatın təşkili ilə bağlı görülməli olan işlər haqqında ətraflı məlumat verilib. Qəza-xilasetmə və digər təxirəsalınmaz işlər zamanı tətbiq olunan texnika və avadanlıqların funksiyaları izah edilib.

Tədbirlərdə rayon icra hakimiyyətlərinin məsul işçiləri, əlaqədar rəhbər şəxslər, rayonlarda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat nümayəndələri, habelə məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 576 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed