Şrift:
Avropa Parlamenti seçkilərə hazırlaşır
02.03.2019 [10:23] - Gündəm, Siyasət
Mayın 23-də Avropa İttifaqına (Aİ) üzv ölkələrdə Avropa Parlamentinə (AP) seçkilər keçiriləcək.

Bu günə qədər quruma 751 deputat seçilirdisə, bu il 705 deputatın seçilməsi nəzərdə tutulur. Avropa ölkələrindən Böyük Britaniya seçkilərdə iştirak etməyəcək.

Avropa Birliyi bu fürsətdən istifadə edərək, parlamentdə tarazlıq yaradacaq və az nümayəndə ilə təmsil olunan 8 ölkəyə, eləcə də Fransaya əlavə deputat mandatı verəcək. Beləliklə, Fransa AP-də 79 deputatla təmsil olunacaq ki, bu da 2014-2019-cu illərlə müqayisədə 5 deputat çoxdur.

Fransada Avropa Parlamentinə seçkilər mayın 26-da keçiriləcək.

Əvvəlki illərlə müqayisədə bu il ölkədə bəzi dəyişikliklər olub. Yeni qaydalara görə, Fransada 2003-2014-cü illərdə olduğu kimi, 8 regional seçki dairəsi deyil, yalnız bir seçki dairəsi fəaliyyət göstərəcək. Həmçinin, seçki siyahısında qeydiyyata alınmaq martın 31-dək uzadılıb. Halbuki, əvvəlki qaydaya əsasən, bu müddət 2018-ci il dekabrın 31-də başa çatmalı idi. Qeydiyyat internet vasitəsi ilə də reallaşdırıla bilər.

Namizədlər 2019-cu il aprelin 23-dən mayın 3-dək sənədlərini AP-yə təqdim edəcəklər. Üç faizdən çox səs toplayanların seçki kampaniyasının xərcləri ödəniləcək. Siyasi partiyalara mayın 13-dən 25-dək televiziya və radioda ödənişsiz efir vaxtı ayrılacaq.

Şəhla Ağalarova
Bu xəbər oxucular tərəfindən 428 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed